Dövlət maraqları və ehtiyaclarının həyatımızdakı yeri

Etiraf edim ki, bu yazı bir az gecikib. Əslində, bu yazı 18 mart referendumundan əvvəl yazılmalıydı. Amma bu anlayış hələ də yanlış istifadə olunduğuna görə, məsələ haqqında şərh vermək faydalı olardı. Əvvəllər qanunvericilikdə “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar” sözlərini tez-tez görmək olurdu. Bunu Konstitusiyada, mülki və torpaq qanunvericiliyində, habelə digər aktlarda görmək mümkün idi. Sonra ifadənin “ictimai ehtiyaclar” hissəsi qanunvericilik aktlarından yığışdırıldı. Amma “İnzibati icraat haqqında qanunda “dövlət maraqları və ya ictimai maraqlar”, “Dövlət satınalmaları haqqında” qanunda “dövlət maraqları” anlayışına indi də rast gəlmək mümkündür. “Milli təhlükəsizlik haqqında” qanunda isə “ümumdövlət maraqları” kimi bir konsept var. Burada yaranan əsas sual bundan ibarətdir: ictimai maraq və ya ehtiyac xaricində, ayrıca dövlət marağı və ehtiyacı ola bilərmi? Bu ikisi arasındakı fərq nədir? Anlayışa bu cür yanaşdıqda, düşünə bilərsiniz ki, dövlət maraqları ilə ictimai maraqlar ayrı ola bilər. Bu, yabançılaşma, mülkiyyətin məcburi satın alınması ilə bağlı olaraq “ictimai ehtiyaclar” anlayışının qanunvericilikdən çıxarılması ilə daha da gücləndi. Lakin bu cür yanaşma, çox ciddi fəlsəfi, hüquqi və texniki bir səhvdir. Əvvəlcə onu qeyd etməliyik ki, dövlətlərin varlıq məqsədi cəmiyyətə (vətəndaşlara) xidmət etmək, cəmiyyət üzvlərinə firavan həyat təmin etməkdir. Dolayısıyla “ictimai maraq” dövlətin qəti və son məqsədini təşkil edir və etməlidir. Hər bir dövlət marağında mütləq ictimai maraq olmalıdır. İctimai maraq geniş, dövlət marağı isə ondan daha dar və onun daxilində yer alan anlayış kimi çıxış edə bilər. Bu, işin fəlsəfi cəhətidir. Məsələnin bir də tarixi cəhətinə baxaq. Fransızların 1789-cu il tarixli məşhur “İnsan və vətəndaş hüquqları haqqında” Bəyannaməsinin 1-ci maddəsində “ümumi (ictimai) maraq” anlayışını görmək mümkündür. Sivilizasiyanın qeydə dəyər heç bir sənədində, “dövlət maraqları/ehtiyacları” anlayışına rast gəlmək mümkün deyil. İnanmayanlar 1948-ci il tarixli BMT Deklarasiyasına, 1966-cı il tarixli BMT paktlarına, 1950-ci il tarixli Avropa İnsan Hüquqları Kovensiyasına baxa bilərlər. Terminin bizim dilə bu şəkildə daxil olması, əslində avtoritar sovet rus keçmişinin qalığıdır: liberal Avropa anlayışında heç vaxt olmayan “interesı qosudarstva i obşestva” termini tərcümə edilib və istifadə olunub. Əslində orada “və ya” deyil “və” bağlayıcının istifadə olunması, “dövlət” və “cəmiyyətin” bir-birindən ayrılmaz konsepsiya olduğunu göstərir. Ümumiyyətlə, bizdə qanunlar, xüsusən Mülki Məcəllə, rus dilindən tərcümə edilərkən bu cür səhvlərə yol verilib. Lakin buradakı tərcümə səhvi, digərlərinə görə daha fərqli və dərin təsirə səbəb olub. Məsələyə hüquqi cəhətdən baxsaq, deyə bilərik ki “dövlət marağı” sözü ümumiyyətlə, siyasi bir anlayışdır, onu xarici siyasət məsələlərində istifadə etmək daha düzgündür. Bu anlayış hətta “milli təhlükəsizlik” anlayışından daha siyasidir. Bu səbəblə, bu anlayışı hüquqi mətnlərə qoymaq doğru deyil. Bu səbəblə, Avropa İnsan Hüquqları Kovensiyasında (AİHK), ictimai maraq, milli təhlükəsizlik, ictimai asayiş və qayda kimi məfhumlar olduğu halda, “dövlət maraqları” orada mövcud deyil. Gələk işin texniki tərəflərinə. Mülki Məcəllənin 157.9-cu maddəsi elə bir təsəvvür yaradır ki, “dövlət ehtiyacları” anlayışı “yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi” kimi başa düşülməlidir. Onda sual yaranar ki, “Qış bulvarı” parkının tikilməsində bunlardan hansıları mövcuddur? Cavab qısadır – heç biri. Ümumiyyətlə, park və bulvar kimi istirahət yerlərinin tikilməsində, dövlətin yox, xalqın (ictimai) marağı və ehtiyacı var. Başqa sözlə, Qış bulvarının tikilməsi ilə bağlı olaraq o yerdə yaşayan vətəndaşların evlərinin məcburi qaydada alınması, indiki variantı ilə nə Konstitusiyanın 29-cu, nə də Mülki Məcəllənin 157-ci maddəsinə uyğun gəlir. Halbuki orada “ictimai ehtiyaclar” sözləri olsaydı, daha uyğun olardı. “İctimai ehtiyaclar” sözünə qarşı çıxanlar, bunu onunla əsaslandırırdılar ki, inşaat şirkətləri vətəndaşları məhkəməyə verərək onları məcburi qaydada evlərindən çıxarırdılar. Halbuki bunun yolverilməz olduğuna dair Ali Məhkəmənin müvafiq Plenum qərarı vardı. Habelə AİHK-nın 1-ci protokolunda mülkiyyətin dövlətləşdirilməsi səbəbi kimi məhz “general interest” – ümumi (ictimai) maraq göstərilir. Nəticədə belə alınır ki, qanunları elə yazırıq ki, sonra onu pozmaq məcburiyyətində qalırıq. Halbuki “ictimai ehtiyac (maraq)” anlayışına söykənsəydik, həm rahat-rahat parklar və yollar tikərdik, həm də beynəlxalq və milli hüququ pozmamış olardıq. Yuxarıdakı arqumentləri cəmləşdirərək bunları qeyd etməliyik. Dövlət cəmiyyət üçün, ona xidmət üçün var (olmalıdır). Bu tezis, liberal-demokratik dövlətlərin mübahisəsiz şüarıdır. Bu yanaşmanı tərsinə qoymaq olarmı? Yəni demək olarmı ki, cəmiyyət də dövlət üçün olmalıdır? Əslində, bir cəmiyyətin yaşaya bilməsi ancaq konkret bir dövlət daxilində mümkündür, başqa sözlə, dövlət olmadan cəmiyyət də ola bilməz. Lakin “dövlət” cəmiyyətin hədəfi yox, onun vasitəsidir. Dövlətin güclü, sabit olması vacibdir, lakin bu məqsəd yox, mexanizmdir. Məqsəd isə, cəmiyyət üzvlərinə, yəni insanlara azad, rahat və təhlükəsiz həyat təmin etməkdir. Bu məqsəd, bütün siyasi rejimlərdə dəyişmədən qalmalıdır: nə demokratiya, nə sosializmdəki liberalizm siyasi cəmiyyətlərin məqsədi deyil. Bu baxımdan, konstitusiyalı monarxiya vətəndaşlarına toxunulmazlıq, əmin-amanlıq, siyasi və iqtisadi təhlükəsizlik təmin edirsə, belə monarxiya xalq üçün daha legitim və xoş sayıla bilər. İsveçrənin bəzi kantonları kimi birbaşa demokratiya ilə idarə olunan sistemdə, işsizlik və iqtisadi problemlər baş alıb gedərsə, çətin ki, kimsə orada yaşamaq istəsin. Əslində, söhbətini etdiyimiz mövzunun, dərin fəlsəfi təməlləri və praktiki nəticələri mövcuddur. Məsələ Konstitusiyada öz əksini tapmış “xalq hakimiyyəti” anlayışını maraqlandırır. Digər tərəfdən “millət” faktorunun formalaşıb-formalaşmadığını göstərir. Dövlət-cəmiyyət münasibətlərin hansı formada olduğunu büruzə verir. Qlobal dünyada bir çox şeyin yeni oyun qaydaları formalaşıb. Reklam, müxtəlif proseslərin vacib lokomotivlərindən birisi halına çevrilib. Burada keyfiyyətli reklamdan danışırıq. Bu baxımdan siyasi hakimiyyətlər qanunun dilindən də reklam vasitəsi kimi istifadə etməyi bacarmalıdırlar. Əslində qanunlar siyasi proqramların reallaşdırma vasitəsi olduğundan, eyni zamanda onların motivlərini də büruzə verir. Buna görə də Azərbaycanda professional “imic-meyker”lərə ciddi ehtiyac var. Belə yanaşma bəzilərinə “hüquqi sinizm” kimi görsənməsin. Hüquq rasional və praqmatikdir, lakin onun eyni zamanda istiqamətləndirici və stimullaşdırıcı təsiri istisna olunmur. Nəticədə təklif olunan budur: Konstitusiyanı tez-tez dəyişmək həm düzgün, həm də mümkün olmadığına görə, növbəti dəyişikliyə qədər qanunvericilikdəki “dövlət ehtiyacı/marağı” sözlərini “ictimai ehtiyac/marağ” kimi anlamalı və tətbiq etməliyik.

Dr. Fərhad MEHDİYEV

“LEGAL ENGLISH and LEGAL WRITING COURSES”

“LEGAL ENGLISH and LEGAL WRITING COURSES”

 (2 monthly Professional English Program)

 Başlama vaxtı: 10 mart 2010-cu il

 Məkan: “Arbitraj Consulting” MMC-nin ofisi (Bəşir Səfəroğlu 147, Bələdiyyələrlə İş Mərkəzinin yanı)

 Təlimlərdə iştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün qeydiyyat blankı doldurulub e-mail vasitəsi ilə arbitrajconsulting@gmail.com ünvanına göndərməli, “Arbitraj Consulting” MMC-nin bank hesabına və ya ofisinə gəlib ödənişi həyata keçirilməlidir.

Qeydiyyatdan keçmək üçün son tarix: 18:00, 09 mart 2010

Təlimi uğurla bitirən şəxslərə “Arbitraj Consulting” MMC-nin SERTİFİKATI veriləcək. Təlimləri “Arbitraj Consulting” MMC-nin mütəxəssisi Ruslan Azadxan oğlu Bayramov aparacaq.

 Təlim iştirakçıları öyrənəcəklər:

Legal English

 • The Practice of law

• Company law

• Contracts

• Employment law

• Sale of goods

• Real property law

• Intellectual property

• Negotiable instruments

• Secured transactions

• Debtor Creditor

• Competition law

 Legal Writing

• Process

• Analysis

• Organization

Treyninqin keçirilmə metodu: Complete interaction including Listening Parts

Təlim ödənişlidir. Ödəniş qiyməti hər ay üçün 60 AZN – dir. Ödəniş “Arbitraj Consulting” MMC-nin bank hesabına və ya ofisində əvvəlcədən ödənilir.

“Marketing House”

Marketinq mövzusunda 2 aylıq təlim proqramı

Başlanma tarixi: 01 mart 2010 – cu il

Təlimlərdə iştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün qeydiyyat blankını dolduraraq e-mail vasitəsi ilə arbitrajconsulting@gmail.com ünvanına göndərmək, bundan sonra isə ödənişi həyata keçirmək lazımdır. Ödəniləcək məbləği “Arbitraj Consulting” MMC-nin bank hesabına köçürmək və ya “Arbitraj Consulting” MMC-nin ofisinə gələrək yerindəcə təqdim etmək olar.

Qeydiyyatdan keçmək üçün son tarix: 18:00, 25 fevral 2010

Yubanmayın, qeydiyyatdan keçin, treninqin iştirakçısı olun, öz “Marketinq evi”nizi özünüz tikin.

Təlimi uğurla bitirən şəxslərə “Arbitraj Consulting” MMC-nin SERTİFİKATI veriləcək. Təlimin sonunda biliyin qiymətləndirilməsi üçün iki mərhələli (test və kazus formasında) sınaq imtahanı keçiriləcək. Maksimum nəticə göstərən iştirakçılara fərqlənmə Sertifikatı veriləcək. Təlimləri “Arbitraj Consulting” MMC-nin bu sahə üzrə əməkdaşı və mütəxəssisi Namiq Bayramov aparacaq. Təlimlər həftədə iki dəfə (hər dərs 90 dəqiqə) olmaqla 16 mövzunu əhatə edəcək.

Bəs nə üçün “MARKETİNQ EVİ”?

Ona görə ki, biz marketinqə bünövrəsi, divarları, qapı-pəncərəsi, döşəməsi və damı olan tam bir ev kimi yanaşa bilərik. Başqa cür desək: Bünövrə – Marketinq tədqiqatları

Tədqiqat aparılır və informasiya əldə edilir. Bu informasiya isə gələcəkdə marketinqə dair mərhələli qərarların verilməsində əsas, bünövrə rolunu oynayır. Bünövrəsi möhkəm olan evə zaval yoxdur!

4 divar – 4 P

Product (məhsul) – məhsul (əmtəə, xidmət) olmasa marketinqə ehtiyac da olmaz

Price (qiymət) – məhsul varsa onun qiyməti də olmalıdır

Placement (bölüşdürmə, distribyusiya) – məhsul varsa, onun qiyməti məlumdursa, deməli o, satılmaq üçün paylanmalıdır

Promotion (həvəsləndirmə) – mağazalara paylanmış, müəyyən qiymətə malik məhsulu insanlar tanımalıdırlar ki, onu alsınlar

Divarlar möhkəm və hamar olmalıdır ki, həm ağırlığa dözsün, həm də gözəl görünsün.

Döşəmə – Marketinq planı Üstündə rahat gəzmək üçün hamar səthə ehtiyac var. Marketinq planı da bizə fəaliyyət üçün hamar meydan yaradır.

Pəncərə – Marketinq mühiti Ətrafı görmək üçün pəncərə lazımdır. Pəncərə vasitəsilə ətraf mühitimizi görə bilirik.

Qapı – Bazarın seqmentləşdirilməsi Qapını elə qoymaq lazımdır ki, lazım olan istiqamətdə evdən çıxmaq mümkün olsun. Bazarı da seqmentləşdirmək lazımdır ki, lazım olan seqmentə girmək mümkün olsun. Bir sözlə “marketinq evi”nin qapısı lazımı seqmentə açılmalıdır.

Dam – Marketinq nəzarəti Nəzarət olmalıdır ki, özümüzün nəyə nail olduğumuzu bilək, kəm-kəsirlərimizi düzəldək ki, başımıza göydən yağış-qar tökülməsin. Bir sözlə, hər zaman dama ehtiyac var.

Biz Sizə bu evi tikməyi öyrədəcəyik!

Evi hansı memarlıq üslubunda tikmək Sizin istedadınıza, içərisini necə və hansı üslubda bəzəmək isə Sizin zövqünüzə və zamanın tələbinə bağlıdır.

Təlim ödənişlidir. Ödəniş qiyməti hər ay üçün 120 AZN – dir. Tələbələr üçün güzəşt: hər ay üçün ödəniş 90 AZN – dir.

Ödənişlər hər ayın əvvəli bank hesabına köçürmə yolu ilə və ya “Arbitraj Consulting” MMC – nin ofisində, yerindəcə aparılır.

Qloballaşma qatarının niyyəti və mənzili

Qloballaşma yeni bir tendensiya olmasa da, bu proses son 50 ildə xeyli sürətlənib. Qloballaşma məcburi idi. Onu məcburi edən amil sadəcə beynəlxalq maliyyə güclərinin təsiri deyildi. Onu bu qədər sürətləndirən əslində müharibələrdən qaçmaq məcburiyyəti idi ki, bu da dövlətlər arasında əməkdaşlığı və inteqrasiyasını şərtləndirirdi. İki dünya müharibəsi faciəvi idi, bir üçüncüsü isə nüvə silahına sahib olan sivilizasiyanın axırına çıxa bilərdi. İnteqrasiya tələbləri II-ci dünya müharibəsindən sonra kommunizm təhlükəsi ilə bir yerdə üzə çıxmışdı. Kommunizm qorxusundan başqa, resursların konkret əllərdə cəmləşməsi də təhlükə kimi görülürdü. Bunun qarşısını almaq üçün, 1957-ci ildə Avropa Birliyinin təməli atılaraq Avropa Kömür və Polad Birliyi yaradılmışdı. Bu da bizə siyasi motivli iqtisadi inteqrasiyanın haradan başladığını göstərir. İqtisadi güclərin siyasətə təsiri mübahisə doğurmur. Beləliklə, qərb dünyasının iqtisadi inteqrasiyası siyasi inteqrasiyasını tamamlayaraq getdikcə artırdı. Sosialist bloku ilə iqtisadi sahədə əməkdaşlıq çətin göründüyündən, Qərb bloku BMT və ATƏT çərçivəsində sosialist blokundan gələn təhlükələri zəiflətmək və onlara sızmaq arzusundaydı. Qloballaşmanın təhlilində gözə çarpan digər vacib amillər də var. Daha əvvəl sözünü etdiyim iqtisadi qurumlar, zamanla güclənmişdi. Bunun əsas səbəbi isə dövlət siyasətinin güclənməyə şərait yaratması idi. Bu, hökumətlərin birbaşa məqsədi deyildi. Məsələn, anti-monopol siyasət ilə dövlətlər çox güclü maliyyə korporasiyalarının da qarşısını almaq istəyirdilər. Habelə dövlətin iqtisadiyyata müdaxiləsi də getdikcə artırdı. İqtisadiyyat isə bundan çox da razı deyildi. Lakin kapitalizmin belə bir xüsusiyyəti də var ki, dövlətin özü, iqtisadi qurumlar olmadan və onların güclərindən istifadə etmədən yaşaya bilmir. X dövləti başqa bir dövlətə nüfuz etmək istədikdə nə edir? Birinci növbədə həmin ölkədə öz təşkilatlarının, banklarının və iqtisadiyyatının çəkisini artırır ki, bu da təbii bir addımdır. Dövlət onları dəstəkləyir. Bu mərhələdə də, iqtisadi güclər transmilli hala çevrilməyə başlayır. Məsələn, BP şirkətinin Azərbaycan bazarına girməsi ilə, artıq ARDNŞ də öz fəaliyyətini xaricə açmış, Türkiyədə, Gürcüstanda, Ukraynada investisiyalar qoymağa başlamışdı. Hələ ki, ARDNŞ transmilli korporasiya deyil, lakin Qərbdə bəzi qurumlar onu ciddi rəqib kimi görməyə başlasalar, həm hökumətə onun özəlləşdirilməsi üçün təsir göstərəcək, həm də o şirkətin xaricdə işləməsinə mümkün olduğu baryerləri irəli sürəcəklər. Dünya Bankı və BVF bu işi yaxşı bacarır, təki sizin kreditə ehtiyacınız olsun. Başqa bir məqama daha diqqətinizi çəkmək istəyirəm. Qəbul etdik ki, böyük dövlətlər arasında müharibə heç kəs tərəfindən istənilmir. Lakin böyük dövlətlər, var olduqları müddətdə öz aralarında rəqabət aparacaqlar. Rəqabət isə məhz iqtisadi təzyiq mexanizmləri ilə həyata keçirilir və burada ilk silahlar məhz transmilli şirkətlər olub. Prosesin əvvəlini daha əvvəl izah elədim. Sonrakı proseslər isə, bunu getdikcə sürətləndirib. Məsələn, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nə üçün qurulduğuna diqqət yetirək. ÜTT bir növ oliqarxlar klubudur. Müxtəlif iqtisadiyyat sahələrini, qeyri-formal olaraq müxtəlif dövlətlər təmsil edir. Burada məqsəd, iqtisadi qurumların sərhədötəsi fəaliyyətinə əngəl olan baryerlərini aradan qaldırmaqdır. Dövlətlər gömrük rüsumlarını mümkün olduğu qədər azaltmalı, xarici şirkətlərin öz xidmət və personalı ilə fəaliyyət göstərməsinə əngəllər aradan qaldırılmalı, dövlətin milli iqtisadiyyata yardımı ləğv edilməlidir. ÜTT-yə kasıb ölkələri böyük bir istəklə dəvət edib qucaqlarına basırlar. Məsələn, deyirlər ki, Tanzaniyanın bütün şirkətləri Almaniyada yerli şirkətlər kimi fəaliyyət göstərə bilər. Onsuz da bəllidir ki, Afrika şirkətləri “Siemens” ilə rəqabət edə bilməyəcək. Lakin bunun nəticəsində “Siemens” Afrika bazarına girir və oradakı iqtisadi qurumları müvafiq sahədən çıxarır. Diqqət etsəniz, burada bir-birinə zidd iki aspekt var. Adətən, sosial dövlət xeyli dərəcədə iqtisadiyyata müdaxilə edən dövlət olduğu halda, ÜTT belə müdaxilənin azalmasını tələb edir. Və bunun arxasında da əsas aparıcı dövlətlərin durduğunu görürük. ABŞ heç vaxt sosial dövlət olduğunu onsuz da iddia etmirdi. Lakin Avropanın Almaniya və Fransa kimi dövlətlərinin “sosial dövlət” olma xüsusiyyəti ilə bu vəziyyətlə necə uzlaşdığı qəribədir. Burada yenə diqqətinizi transmilli şirkətlərə (TMŞ) çəkəcəm. UNCTAD-a görə, 2004-cü il göstəriciləri ilə dünyada 63 minə yaxın TMŞ var, dünya ÜDM-nin 75%-ni bunlar istehsal edir. Bu “əjdahalar” dünya elektronik istehsalının 80%-ni, farmasevtik və kimya məmulatlarının 95%-ni, maşınqayırmanın 76%-ni əllərində saxlayırlar. 20-ci əsrin ikinci yarısında, müxtəlif faktorlar səbəbindən gücü çatan maliyyə qrupları bir ölkənin sərhədlərini aşaraq millətlərarası qurum formasına keçdilər. Bu onlara xeyli imtiyazlar verdi: onlar konkret bir dövlətin anti-inhisar tədbirlərindən və yurisdiksiyasından yaxa qurtardılar, rahatlıqla güclərini dünyanın bir tərəfindən başqa bir tərəfə keçirmə imkanına sahib oldular. Habelə, müxtəlif insan resurslarından istifadə etməyə, mallarını daha rahat sata bilmə və daha rahat istehsalat etmə imkanını əldə etdilər. Bu şirkətlər istehlak cəmiyyətini qurmaq məqsədini güdürdülər, artan maliyyə gücü onlara KİV-lərə və hökumətlərə təsir göstərmə imkanı verirdi. Onların büdcəsi dövlət büdcələrini keçməyə başladı. Onlar sadəcə, xarici ölkəyə mal və xidmət ixrac etmir, istehsalat işini birbaşa xaricdə görməyə başlayırdılar. Hökumətlər birbaşa xalqla əlaqə yarada bilmirdi, çünki arada bu əhalini işlədən şirkətlər var idi. Bu səbəbdən öz siyasətlərini həyata keçirən hökumətlər və onların üzvləri, oliqarx olsalar da, olmasalar da, şirkətlərlə əməkdaşlıq etmək məcburiyyətində qalmışdılar. Məsələn, bir fakta diqqət yetirin. ABŞ-ın avtomobil sənayesində minlərlə işçi işləyir. Hökumətlərin bunlara birbaşa təsir etmə imkanı azdır. Arada “Ford”, ya da “General Motors” kimi transmilli şirkətlər durur. Azərbaycan misalı. Öz gücümüz, dərin sulardan nə nefti çıxarmağa, nə də ki onu xaricə çıxarmağa çatırdı. Bu səbəbdən transmilli şirkətlər ilə əməkdaşlığa getmək məcburiyyətində qalırıq. Toni Bleyerin 2007-ci ildə dediyini yadınıza salım: “biznes aləmi, sadəcə partiya dəstəkçisi olaraq qarşımıza çıxmır, o eyni zamanda qlobal debatda vacib bir aktyordur”. Qloballaşma bir anlayış olaraq ilk növbədə iqtisadi sahədə dilə gətirilib. Əlbəttə bunun siyasi motivləri də var. AB, ÜTT kimi təşkilatlar vasitəsilə, beynəlxalq ticarətin artması məqsədi güdülüb, beynəlxalq bir istehlak cəmiyyətinin yaradılması arzulanıb. Beləliklə TMŞ-lər, qloballaşmanı sürətləndirməyi özləri üçün vacib məqsəd sayır. Qloballaşma milli baryerlərin aradan qaldırılmasını, bənzər və ortaq bir istehlakçı və mədəniyyət mentalitetinin qurulmasını tələb edir. Bununla belə düşünməyin ki, transmilli şirkətlər milli dövlətləri aradan qaldırmaq istəyir. Onların qətiyyən belə bir niyyəti yoxdur. TMŞ-lər pul qazanmaq istəyirlər, bu işdə siyasətçilərin onlara köməyini gözləyirlər. Qloballaşma sadəcə, əməkdaşlıq edən və milli suverenliyi nisbətən zəif dövlətləri istəyir. Mərkəzi hökumətlər uzlaşan deyilsə, zəif olmalıdır. Hökumət uzlaşan olduğu müddətcə, ona toxunulmur. Monarxiya olsa belə. Məsələn, Səudiyyə Ərəbistanı kimi. Qloballaşma universal istehlak cəmiyyətini istəsə də, səmimi olaraq insanların yoxsulluq içində yaşamasını istəmir. Çünki yoxsul insan inqilab və üsyan edərsə, bolşeviklərin misalında olduğu kimi, qlobal maliyyə gücləri bundan çox şey itirə bilər. Qloballaşma gücləri əmlak bazarı yerinə maliyyə bazarı anlayışını gətirərək, böhran zamanlarında hakim gücə istədiyi qədər pul çap etmə imkanını tanıyıb və bununla da böhranları idarə edərək inqilabların və üsyanların da qarşısını alıb. “İnqilabçı, gerilla” sözü də modadan düşürülərək, onun yerinə “terrorçu” sözü gətirilib və sürpriz gəlişmələrin önü alınmaq istənilib. Hökumət üzvləri eyni zamanda artıq iqtisadi aktyorlardır: məsələn, George Bush “Carlyle” silah istehsalı şirkətinin payçılarından biridir. Maraqlıdır, eyni şirkətin payçıları arasında Bin Ladenə yaxınlığı ilə tanınan ərəb milyarderləri də var. Qloballaşma müxtəlif sahələrdə həm istənilən, həm də labüd yaxınlaşmanı gətirir. Bir az əvvəl siyasi, iqtisadi və mədəni inteqrasiyadan bəhs elədim. Çünki bu sahədəki aşırı fərqlər, beynəlxalq ticarət və biznes üçün maneə törədir. Eyni zamanda, hüquqi bazada da yaxınlaşma yaranır. Bu sadəcə, onunla bağlı deyil ki, informasiya cəmiyyətində qonşu dövlətdəki qanunvericiliyi öyrənmək asandır. Hüquqi yaxınlaşmanı labüd edən faktorlardan ilki siyasi inteqrasiyadır, o ümumi hüquq sahəsini birləşdirdiyi kimi, ikinci faktor – artan ticarət əlaqələri də mülki hüququn yaxınlaşmasını tələb edir. İnformasiya cəmiyyəti də qloballaşmanın yaratdığı bir məhsuldur. Lakin onun da eyni zamanda mənfi təsirləri mövcuddur. Əvvəlcə etiraf edək ki, internetdə bir məsələ haqqında məlumat axtaranda, “Google” axtarış saytında ilk çıxan linklərə baxaraq kifayətlənirik, 40-cı sırada olana baxmadığımız kimi, uzun yazıları da oxumaq istəmirik. Bu o deməkdir ki, bu cür insanı birtərəfli yönləndirmək rahatdır. Qloballaşma davam edəcək. Lazım olanda, o ölkələrdə hətta inqilablara, daha nadir hallarda isə hərbi müdaxilələrə belə səbəb olacaq. Qloballaşmanın nəticələrini TMŞ-lər ilə milli dövlətlər arasındakı razılaşmalar şərtləndirəcək. “McDonalds” Kanadada “McBurger”i, Bakıda isə “McLavaş”ı satacaq. Milli “rənglər” nəzərə alınacaq… Telefon şirkətləri 1 dəqiqə üçün ucuz danışıq paketi təklif edərək, sizin gündə 2 dəqiqə yox, 10 dəqiqə danışmağınızı təmin edəcək, lakin siz ehtiyacınız olmadığı halda 50 qəpik əvəzinə 1 manatlıq danışacaqsınız. Beləliklə biz, qlobal istehlak cəmiyyətinin üzvləri, eyni zamanda da öz milli dövlətlərimizin də vətəndaşı olmağa davam edəcəyik. Proses milli dövlətləri zəiflədərək əvvəlcə təkqütblülüyü artıracaq, lakin 21-ci əsrin ortalarında iri regional birlik-dövlətlərin yaranmasına gətirib çıxaracaq.

Dr. Fərhad MEHDİYEV

“Müqavilə Azadlığı”

“Müqavilə Azadlığı”

 Hüquq, beynəlxalq hüquq tələbələri və ofis menecerləri üçün

 Öhdəliklər hüququ mövzusunda 1 aylıq təlim proqramı

 Başlanma tarixi: 10 mart 2010-cu il

Məkan: “Arbitraj Consulting” MMC – nin ofisi

(Bəşir Səfəroğlu 147, Bələdiyyələrlə İş Mərkəzinin yanı)

 Təlimlərdə iştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidir.

Qeydiyyat üçün qeydiyyat blankını dolduraraq e-mail vasitəsi ilə arbitrajconsulting@gmail.com ünvanına göndərmək, bundan sonra isə ödənişi həyata keçirmək lazımdır. Ödəniləcək məbləği Arbitraj Consulting” MMC-nin bank hesabına köçürmək və ya Arbitraj Consulting” MMC-nin ofisinə gələrək yerindəcə təqdim etmək olar. Ətraflı məlumat üçün Arbitraj Consulting” MMC-nin ofis nömrəsinə (012 494 04 53) zəng vura, elektron ünvanına (arbitrajconsulting@gmail.com) müraciət edə, arbitrajcons.wordpress.com bloguna daxil ola və təlimin koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

 Qeydiyyatdan keçmək üçün son tarix: 18:00, 07 fevral 2010

 Yubanmayın, qeydiyyatdan keçin, təlimin iştirakçısı olun!!!

Təlimi uğurla bitirən şəxslərə “Arbitraj Consulting” MMC-nin SERTİFİKATI veriləcək.

Təlimləri “Arbitraj Consulting” MMC-nin mütəxəssisləri Əli Əliyev və Fuad Qəşəmov tərəfindən aparılacaq.

Təlimlər həftədə iki dəfə (hər dərs 90 dəqiqə) olmaqla 9 mövzunu (ümumi 9 dərs) əhatə edəcək.

          Məqsədi:

         Bu təlimin keçirilmə məqsədi praktik olaraq müqavilə hazırlanması ilə məşğul olan və yaxud gələcəkdə məşğul olacaq şəxslərin qanunvericiliyin tələblərinə uyğun, aid olduğu tərəfin maraq və mənafeyini qoruyan müqavilələrin hazırlanmasına zəmin yaratmaqdır.

         Təlim iştirakçıları öyrənəcəklər:

         Təlimdə iştirak edən şəxslər əqd, öhdəlik və müqavilə anlayışları, müqavilə azadlığı, əqdlərin növləri, etibarsızlığı, müqavilənin bağlanılması və şərtləri, müqavilənin standart şərtləri, müqavilənin dəyişdirilməsi və ləğvi, müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrası, icra edilməməsi, xitamı, atipik müqavilələr və praktikada müqavilələrin hazırlanması barədə bilik və bacarıqlar əldə edəcəklər.

 Təlimlər interaktiv metodlar əsasında keçiriləcək. Hər təlimin sonunda təlimlə bağlı kazuslar həll ediləcək.

Təlim iştirakçılarına keçiriləcək mövzularla bağlı materiallar təqdim olunacaq.

Təlim ödənişlidir. Ödəniş qiyməti 50 AZN – dir.

Ödəniş bank hesabına köçürmə yolu ilə və ya “Arbitraj Consulting” MMC-nin ofisində, yerindəcə aparılır.

“İspan dili kursları”

BUNLARI BİLİRSİNİZ… 

  • Dünyada 500 milyon insan ispanca danışır.
  • 21 ölkənin rəsmi dili ispan dilidir. (Meksika, İspaniya, Argentina, Venesuela və s.)
  • İspan dili bir çox beynəlxalq təşkilatların rəsmi dilidir. (Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı)
  • ABŞ – da 50 milyondan çox insan ispanca danışır.
  • Birləşmiş Krallıqda 3,9 milyondan çox, AFR – də 2.7 milyon, İtaliyada 2 milyon, Kanadada 1 milyon və ümumilikdə Portuqaliya, Niderland, Belçika, İsveç, Avstriya, İsveçrə kimi ölkələrdə 2.5 milyondan çox  insan ispanca danışır.

Bəs Azərbaycanda neçə nəfər İspanca danışır? Bilirsinizmi?

Siz bu şəxslərdən biri ola bilərsiniz…..

Bizim “İspan dili kurslarını” seçin…

Kursa gənc hüquqşünaslar, iqtisadçılar və tələbələr müraciət edə bilərlər.

Kurslar həftədə 3 dəfə (hər dərs 1 saat) keçirilir.

Kursun keçirilmə müddəti 8 -10 aydır.

Kursu tam bitirənlərə sertifikat veriləcək.

Kursların qiyməti

Fərdi – 70 AZN

2 nəfərlik qrup – 60 AZN

3 nəfərlik qrup – 50 AZN


Follow

Get every new post delivered to your Inbox.