“Müqavilə Azadlığı”
Hüquq, beynəlxalq hüquq tələbələri və ofis menecerləri üçün
Öhdəliklər hüququ mövzusunda 1 aylıq təlim proqramı
Başlanma tarixi: 10 mart 2010-cu il
Məkan: “Arbitraj Consulting” MMC – nin ofisi
(Bəşir Səfəroğlu 147, Bələdiyyələrlə İş Mərkəzinin yanı)
Təlimlərdə iştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidir.
Qeydiyyat üçün qeydiyyat blankını dolduraraq e-mail vasitəsi ilə arbitrajconsulting@gmail.com ünvanına göndərmək, bundan sonra isə ödənişi həyata keçirmək lazımdır. Ödəniləcək məbləği “Arbitraj Consulting” MMC-nin bank hesabına köçürmək və ya “Arbitraj Consulting” MMC-nin ofisinə gələrək yerindəcə təqdim etmək olar. Ətraflı məlumat üçün “Arbitraj Consulting” MMC-nin ofis nömrəsinə (012 494 04 53) zəng vura, elektron ünvanına (arbitrajconsulting@gmail.com) müraciət edə, arbitrajcons.wordpress.com bloguna daxil ola və təlimin koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.
Qeydiyyatdan keçmək üçün son tarix: 18:00, 07 fevral 2010
Yubanmayın, qeydiyyatdan keçin, təlimin iştirakçısı olun!!!
Təlimi uğurla bitirən şəxslərə “Arbitraj Consulting” MMC-nin SERTİFİKATI veriləcək.
Təlimləri “Arbitraj Consulting” MMC-nin mütəxəssisləri Əli Əliyev və Fuad Qəşəmov tərəfindən aparılacaq.
Təlimlər həftədə iki dəfə (hər dərs 90 dəqiqə) olmaqla 9 mövzunu (ümumi 9 dərs) əhatə edəcək.
Məqsədi:
Bu təlimin keçirilmə məqsədi praktik olaraq müqavilə hazırlanması ilə məşğul olan və yaxud gələcəkdə məşğul olacaq şəxslərin qanunvericiliyin tələblərinə uyğun, aid olduğu tərəfin maraq və mənafeyini qoruyan müqavilələrin hazırlanmasına zəmin yaratmaqdır.
Təlim iştirakçıları öyrənəcəklər:
Təlimdə iştirak edən şəxslər əqd, öhdəlik və müqavilə anlayışları, müqavilə azadlığı, əqdlərin növləri, etibarsızlığı, müqavilənin bağlanılması və şərtləri, müqavilənin standart şərtləri, müqavilənin dəyişdirilməsi və ləğvi, müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrası, icra edilməməsi, xitamı, atipik müqavilələr və praktikada müqavilələrin hazırlanması barədə bilik və bacarıqlar əldə edəcəklər.
Təlimlər interaktiv metodlar əsasında keçiriləcək. Hər təlimin sonunda təlimlə bağlı kazuslar həll ediləcək.
Təlim iştirakçılarına keçiriləcək mövzularla bağlı materiallar təqdim olunacaq.
Təlim ödənişlidir. Ödəniş qiyməti 50 AZN – dir.
Ödəniş bank hesabına köçürmə yolu ilə və ya “Arbitraj Consulting” MMC-nin ofisində, yerindəcə aparılır.