Marketinq mövzusunda 2 aylıq təlim proqramı
Başlanma tarixi: 01 mart 2010 – cu il
Təlimlərdə iştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün qeydiyyat blankını dolduraraq e-mail vasitəsi ilə arbitrajconsulting@gmail.com ünvanına göndərmək, bundan sonra isə ödənişi həyata keçirmək lazımdır. Ödəniləcək məbləği “Arbitraj Consulting” MMC-nin bank hesabına köçürmək və ya “Arbitraj Consulting” MMC-nin ofisinə gələrək yerindəcə təqdim etmək olar.
Qeydiyyatdan keçmək üçün son tarix: 18:00, 25 fevral 2010
Yubanmayın, qeydiyyatdan keçin, treninqin iştirakçısı olun, öz “Marketinq evi”nizi özünüz tikin.
Təlimi uğurla bitirən şəxslərə “Arbitraj Consulting” MMC-nin SERTİFİKATI veriləcək. Təlimin sonunda biliyin qiymətləndirilməsi üçün iki mərhələli (test və kazus formasında) sınaq imtahanı keçiriləcək. Maksimum nəticə göstərən iştirakçılara fərqlənmə Sertifikatı veriləcək. Təlimləri “Arbitraj Consulting” MMC-nin bu sahə üzrə əməkdaşı və mütəxəssisi Namiq Bayramov aparacaq. Təlimlər həftədə iki dəfə (hər dərs 90 dəqiqə) olmaqla 16 mövzunu əhatə edəcək.
Bəs nə üçün “MARKETİNQ EVİ”?
Ona görə ki, biz marketinqə bünövrəsi, divarları, qapı-pəncərəsi, döşəməsi və damı olan tam bir ev kimi yanaşa bilərik. Başqa cür desək: Bünövrə – Marketinq tədqiqatları
Tədqiqat aparılır və informasiya əldə edilir. Bu informasiya isə gələcəkdə marketinqə dair mərhələli qərarların verilməsində əsas, bünövrə rolunu oynayır. Bünövrəsi möhkəm olan evə zaval yoxdur!
4 divar – 4 P
Product (məhsul) – məhsul (əmtəə, xidmət) olmasa marketinqə ehtiyac da olmaz
Price (qiymət) – məhsul varsa onun qiyməti də olmalıdır
Placement (bölüşdürmə, distribyusiya) – məhsul varsa, onun qiyməti məlumdursa, deməli o, satılmaq üçün paylanmalıdır
Promotion (həvəsləndirmə) – mağazalara paylanmış, müəyyən qiymətə malik məhsulu insanlar tanımalıdırlar ki, onu alsınlar
Divarlar möhkəm və hamar olmalıdır ki, həm ağırlığa dözsün, həm də gözəl görünsün.
Döşəmə – Marketinq planı Üstündə rahat gəzmək üçün hamar səthə ehtiyac var. Marketinq planı da bizə fəaliyyət üçün hamar meydan yaradır.
Pəncərə – Marketinq mühiti Ətrafı görmək üçün pəncərə lazımdır. Pəncərə vasitəsilə ətraf mühitimizi görə bilirik.
Qapı – Bazarın seqmentləşdirilməsi Qapını elə qoymaq lazımdır ki, lazım olan istiqamətdə evdən çıxmaq mümkün olsun. Bazarı da seqmentləşdirmək lazımdır ki, lazım olan seqmentə girmək mümkün olsun. Bir sözlə “marketinq evi”nin qapısı lazımı seqmentə açılmalıdır.
Dam – Marketinq nəzarəti Nəzarət olmalıdır ki, özümüzün nəyə nail olduğumuzu bilək, kəm-kəsirlərimizi düzəldək ki, başımıza göydən yağış-qar tökülməsin. Bir sözlə, hər zaman dama ehtiyac var.
Biz Sizə bu evi tikməyi öyrədəcəyik!
Evi hansı memarlıq üslubunda tikmək Sizin istedadınıza, içərisini necə və hansı üslubda bəzəmək isə Sizin zövqünüzə və zamanın tələbinə bağlıdır.
Təlim ödənişlidir. Ödəniş qiyməti hər ay üçün 120 AZN – dir. Tələbələr üçün güzəşt: hər ay üçün ödəniş 90 AZN – dir.
Ödənişlər hər ayın əvvəli bank hesabına köçürmə yolu ilə və ya “Arbitraj Consulting” MMC – nin ofisində, yerindəcə aparılır.